Millət olaraq birliyimizi çətin gündə də nümayiş etdirdik - ÖZƏL
13 Fevral 2023 10:42 SiyasətQardaş Türkiyədə zəlzələdən zərər görənlər üçün Sumqayıt şəhərində də yardım kampaniyası təşkil edilib. "Olaylar" xəbər verir ki, bu barədə millət vəkili Müşfiq Məmmədli məlumat verib: "Yardım kampaniyası ilə tanış olmaq məqsədi ilə yardım üçün təyin olunmuş Kimyaçılar Sarayında və Sumqayıt şəhər bələdiyyəsinin inzibati binasında olduq. Qeyd edim ki, yardım kampaniyası davam edir. Sumqayıt sakinləri həmin ünvanlara yardımlar çatdıra bilərlər. Bu məsuliyyətli işdə əməyi keçən Sumqayıt regional mədəniyyət idarəsinin könüllülərinə və bələdiyyə işçilərinə təşəkkür edirəm. Millət olaraq birliyimizi çətin gündə də nümayiş etdirdik. Bir daha Türkiyədə zəlzələ nəticəsində həyatını itirən qardaş və bacılarımıza Allahdan rəhmət diləyir, yaralananlara şəfa arzulayıram!"