Avropa Parlamentinin prezidentindən Milli Məclisə hər hansı məktub daxil olmayıb
12 Fevral 2023 19:12 SiyasətAvropa Parlamentinin prezidenti Roberta Metsola tərəfindən Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarovaya məktub ünvanlanması ilə bağlı yerli mətbuatda məlumatlar dərc olunur. Bu məsələyə münasibətinizi öyrənmək istərdik.
MM-dən Olaylar a bildirilib ki, mətbuatda dərc olunan həmin məlumatlarla biz də sosial media vasitəsilə tanış olduq. Lakin nəzərinizə çatdırmaq istərdik ki, Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarovaya Avropa Parlamentinin prezidenti Roberta Metsola tərəfindən ünvanlandığı bildirilən hansısa məktub Milli Məclisə daxil olmayıb. Belə bir rəsmi məktub tərəfimizdən qəbul edildiyi zaman, əlbəttə ki, bu məktuba müvafiq cavab veriləcəkdir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31