Azərbaycanlı qardaşlarımızla bir millət, iki dövlətik - Çavuşoğlu
11 Fevral 2023 18:40 SiyasətZəlzələnin ilk günündən göstərdiyi həmrəylik və dəstəyi ilə bizi tək qoymayan Azərbaycanın xarici işlər naziri dəyərli qardaşım Ceyhun Bayramova təşəkkür etdik.
Olaylar.az trend-ə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu özünün "Twitter" hesabında paylaşıb.
"Azərbaycanlı qardaşlarımızla bir millət, iki dövlətik. Kədərimiz və sevincimiz birdir", - Mövlud Çavuşoğlu bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31