Deputatlarımız ABŞ-da səfərdə olacaqlar

 

Milli Məclisin üzvləri Naqif Həmzəyev və Şahin İsmayılov fevralın 12-də Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərinə səfər edəcəklər.Olaylar xəbər verir ki,
Millət vəkilləri Parlamentlərarası İttifaq tərəfindən BMT-nin qərargahında keçiriləcək "Su insanlar və planet üçün: israfı dayandırmaq, oyunu dəyişdirmək, gələcəyə sərmayə qoymaq" mövzusunda dinləmələrdə iştirak edəcəklər. 
Tədbirin məqsədi böhranlarla daha yaxşı mübarizə aparmaq və gələcək nəsillərə davamlı inkişafa əsaslanan sağlam mühit yaratmaq üçün perspektivdə nəzərdə tutulan addımları müəyyən etməkdir. 
Deputatlarımız müzakirələrdə öz fikirlərini açlıqlayacaq, qeyd və təkliflərini səsləndirəcəklər.
Səfər fevralın 16-da başa çatacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31