Sahibə Qafarova Cənubi Afrika Respublikasında rəsmi səfərdədir - FOTO
11 Fevral 2023 11:34 SiyasətXəbər verildiyi kimi, Milli Məclisin sədri Sahibə Qafarova Cənubi Afrika Respublikasında rəsmi səfərdədir. Milli Məclisdən "Olaylar"a bildirilib ki, səfər çərçivəsində Azərbaycan parlamentinin spikeri Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramafosanın xalqa müraciəti mərasimində iştirak edib. CAR parlamentinin hər iki palatasının birgə iclasından əvvəl keçirilən mərasimdə Siril Ramafosa ölkənin və rəhbərlik etdiyi hökumətin hədəfləri, qarşıda duran vəzifələr, xarici siyasi fəaliyyəti və digər prioritetlər barədə danışıb.




Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31