Böyük Millət isə heç vaxt özü-özündən yaranmır - Deputat

"Mehriban xanım Əliyeva Türkiyəyə yardım edən hər kəsə bu gün təşəkkürünü bildirdi. Zəlzələdən zərər çəkənlərə ölkəmizdəki yardım kampaniyası bir daha millətimizin böyüklüyünü göstərdi". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Musa Qasımlının sözlərinə görə, qarda, çovğunda Yardımlının Separadi kəndində və Borçalıda bacılarımızın, Laçından  məcburi köçkün olmuş qardaşımızın, bütün ölkəmizdə olduğu kimi, Tərtərin Köçərli kəndində, Yardımlı, Masallıda rayonlarında şəhid atalarının və minlərlə digər insanın hərəkəti Türkiyə ilə qardaşlığımızın təməllərinin  möhkəmliyinin sübutudur: "Böyük Millət belə olur!  2020-ci ildə Vətən müharibəsində, indi Türkiyədəki zəlzələdən zərər çəkmiş insanlara yardımlaşmada birliyimiz  Azərbaycan millətinin böyüklüyünü göstərdi. Böyük Millət isə heç vaxt özü-özündən yaranmır..."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31