Azərbaycanın zəlzələdən zərər çəkənlərə göstərdiyi yardıma heyran qalmışam - Ceyms Şarp

Böyük Britaniyanın Azərbaycandakı keçmiş səfiri Ceyms Şarp Azərbaycanın sarsıdıcı zəlzələyə məruz qalmış Türkiyəyə göstərdiyi yardıma heyran qaldığını bildirib.

Olaylar.az trend-ə istinadən bildirir ki, bu barədə keçmiş səfirin Tvitter səhifəsindəki paylaşıma istinadən xəbər verir.

"Azərbaycan dövlətinin və xalqının Türkiyə xalqına bu çətin zamanda göstərdiyi yardıma heyran qaldım", - paylaşımda deyilir.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

Xeyli sayda insan həlak olub və yaralanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31