Sahibkarlıq sahəsində aparılan yoxlamaların 2024-cü ilə qədər dayandırılması barədə qanun təsdqiləndi

Prezident İlham Əliyev "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanunu imzalayıb.

Olaylar.az xəbər verir ki, Qanuna əsasən, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində "2023-cü" sözləri "2024-cü" sözləri ilə əvəz edilib.

Bu Qanun 2023-cü il yanvarın 1-dən tətbiq edilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31