İran Azərbaycana olan düşmənçiliyindən əl çəkmir - ÖZƏL
10 Fevral 2023 11:51 Siyasət"İran açıq şəkildə Azərbaycana qarşı düşmən münasibətində olduğunu ortaya qoyur. İstər 44 günlük Vətən müharibəsi günlərində cənub qonşumuzun erməni işğalçılarına silah-sursat verməsi, istər Tehrandakı səfirliyimizə edilən terror hücumu, istərsə də Ermənistanla birlikdə İranın Laçın və Qubadlı istiqamətində mövqeləriməz qarşı təxribat həyata keçirib hücuma keçəcəyi barədə yayılan məlumatlar bunu təsdiqləyir". Bu fikirlər "Xəbər Mərkəzi" Analitik Qrupunun açıqlamasında yer alıb. "OLAYLAR"-a daxil olan açıqlamada qeyd edilir ki, bu günlərdə İranın Ermənustandakı səfiri Abbas Badahşan Zahurinin ölkəmizi təhdid edən fikirlər səsləndirməsi də Tehranın Azərbaycana qarşı hansısa plan hazırladığından xəbər verir: "Bu birmənalıdır ki, İran səfiri bir qayda olaraq rejimin mövqeyini, fikirlərini ifadə edir. Düzdür, bunu səfirin şəxsi mövqeyi kimi qələmə verməyə çalışa bilərlər, ancaq Zahuri elə İranın sözünü demiş olub".
Analitik Qrup hesab edir ki, İran-Ermənistan ikilisinin Azərbaycana qarşı istəmnilən addımı mümkündür və bu təxribatlara qarşı tədbirli olmalıyıq: "İran güclənən müsəlman ölkəsi Azərbaycanı zəiflətmək üçün işğalçı xristianla əməkdaşlığa girməkdən belə çəkinmir".