BMT-nin Uşaq Hüquqları Komitəsi Azərbaycanla bağlı hesabat yayıb - ÖZƏL

BMT-nin Uşaq Hüquqları Komitəsi Azərbaycanın 5 və 6-cı dövrü hesabatı ilə bağlı ümumi xarakterli qeyd-şərtlərini (Concluding observations) açıqlayıb."Olaylar" xəbər verir ki, bu barədə Əmək Hüquqları Müdafiə Liqasının sədri Sahib Məmmədov məlumat verib. Bildirib ki, bununla bağlı BMT-nin veb səhifəsində press-reliz yayılıb: "İrad və tövsiyələrlə qurumun saytında tanış olmaq mümkündür. Ailə, Qadın və Uşaq Məslələri üzrə Dövlət Komitəsi bu sənədi tezliklə azərbaycan dilinə tərcümə edib yayacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31