“Zəlzələdə valideynlərini itirən uşaqların ölkə xaricinə övladlığa verilməsi xəbəri əsassızdır” - Səfirlik

Türkiyənin Bakıdakı səfirliyindən zəlzələ ilə bağlı yayılan məlumatla bağlı açıqlama verilib.

Səfirlikdən "OLAYLAR" verilən məlumata görə, zəlzələdə valideynlərini itirən uşaqların ölkə xaricinə övladlıq verilməsi xəbərinin əsassız olduğu bildirilib.

"Ölkəmizdə baş verən zəlzələlərlə bağlı Azərbaycan mətbuatında uşaqlarımız üçün "Azərbaycan vətəndaşları himayədar ailə ola bilər" xəbərləri dərc olunur.

Türkiyə Cümhuriyyəti Ailə və Sosial Xidmətlər Nazirliyinin aşağıdakı elanı yalnız Türkiyədə yaşayan vətəndaşlarımız üçündür. Uşaqlarımızın ölkə xaricinə himayədar ailəyə verilməsindən və ya övladlığa götürülməsindən söhbət gedə bilməz".

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31