Ermənistan yaxşı bilir ki, hər hansı bir təxribat onlar üçün ağır nəticələrə səbəb olacaq - ÖZƏL

"10 Noyabr bəyanatı ilə kapitulyasiya aktına imza atan Paşiniyan hakimiyyəti bəyanatın müddəalarından irəli gələn bir çox öhdəliklərin  həllində maraqlı olmadığını nümayiş etdirir. Baxmayaraq ki 2022-ci 6 oktyabrda Aİ Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə keçirilən Praqa görüşü gündəlikdə dayanan məsələlərin həlli istiqamətində müsbət aura formalaşdırdı. Lakin  rəsmi İrəvan hər zaman olduğu kimi bu görüşdən sonra da qeyri-konstruktiv mövqeydən çıxış edərək   gərginliyin davam etməsinə zəmin yaradır".

Bu fikirləri "OLAYLAR"-a AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə səsləndirib. Onun sözlərinə görə, yayılan ən son xəbərlərə əsasən, iddia olunur ki, Ermənistan rəhbərliyi Azərbaycana qarşı növbəti hərbi təxribatlar hazırlayır və bunu İran İslam Respublikasının köməkliyi ilə edəcəyini irəli sürürlər: "Hesab edirəm ki, indiki halda Paşiniyan hakimiyyətinin hər hansı bir təxribata əl atacağı real görsənmir. Çünki Ermənistan tərəfi yaxşı bilir ki, olası hər hansı bir təxribat onlar üçün ağır nəticələrə səbəb olacaq. Bir çox siyasilər İrəvan-Tehran ikilisinin Türkiyənin üzləşdiyi vəziyyətdən yararlanaraq Azərbaycana qarşı hərbi aktivlik edəcəyini irəli sürür. Ancaq baş vermiş təbii fəlakət Ankaranın regionla bağlı siyasətinə hər hansı bir təsir etməyəcək və iki ölkənin ordusu istənilən təxribatlara cavab vermək iqtidarındadır. Bu ən  son olaraq Qarsda keçirilən təlimlərlə bir daha nümayiş olundu".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31