Rusiyanın Vardanyan planı fiaskoya uğradı - ÖZƏL

"Kreml tərəfindən Qarabağa göndərilərək, Azərbaycanla erməni icması arasında müəyyən təmasların qarşısını alaraq, prosesləri daha da böhrana sürükləyən R. Vardayanın  "döyüşək" ritorikası sabun köpüyü kimi əridi getdi. Nəinki ritorikası, özü Qarabağı Rusiya sülhməramlı qüvvələrinin maşının yük yerindən Qarabağdan qaçmalı oldu". MCP sədrinin müavini,  politoloq Məhəmməd Əsədullazadə "Olaylar"a bildirib ki,  halbuki, onun  Xankəndində missiyası separatizmi inkişaf etdirərək, ermənilərin Azərbaycana qarşı geniş kampaniyasını təşkil etmək idi. Onun bu hərəkətliliyi ermənilərin etirazı ilə nəticələndi nəticələndi və sonda Azərbaycanın yumuşaq gücdən istifadə edərək onun buradan qaçması ilə nəticələndi. Azərbaycan bununla Moskvanın planın darmadağın etdi: "Qeyd edim ki, Qarabağda qanunsuz silahli erməni birləşmələrinə qarşı antiterror əməliyyatı mümkündür. Belə olan təqdirdə R. Vardayanın hərhansı bir  atacağı addımlar mümkünsüzdür. Bundan sonra, Qarabağda separtizmin inkişafı mümkün deyil. Bu ərazilərdə Azərbaycanın nəzarətinə keçəcək. R. Vardayan kartı fiaskoya uğramaqla həm Moskvanın planının qarşısı alındı, həm də erməni separtizminin cücərməsinin qarşısı alındı".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31