Xalqımız Türkiyəyə dəstək üçün səfərbər olub - ÖZƏL
9 Fevral 2023 13:56 Siyasət"Qardaş Türkiyə Respublikasında dəhşətli zəlzələnin baş verdiyi ilk gündən etibarən Azərbaycan dövləti Türkiyədən soruşmadan belə öz dəstəyini göstərməyə başladı. Ölkə başçımız cənab İlham Əliyev və Birinci Vitse-Prezidentimiz Mehriban xanım Əliyeva başda olmaqla Azərbaycan xalqı əlindən gələn bütün köməkliyi göstərməkdədir". "OLAYLAR" xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Sədaqət Vəliyeva səsləndirib. O bildirib ki, xalqımız Türkiyəyə dəstək üçün səfərbər olub və Azərbaycan sonadək Türkiyənin yanındadır: "Azərbaycan növbəti dəfə "Bir millət iki dövlət" kəlamını sübut edərək əsl qardaşlıq nümunəsi nümayiş etdirdi. Uca Tanrıdan zəlzələ nəticəsində həlak olan qardaş və bacılarımıza rəhmət, yaralılara şəfalar diləyirik"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31