Vardanyan Qarabağdan necə və nə üçün qaçırılıb?

Azər Qasımov: "Vardanyan Paşinyanın rəqibdir və Rusiya da oyununu bu istiqamətdə qurub"

Son bir neçə gündür ki, medianın müzakirə etdiyi mövzulardan biri də kriminal iş adamı, Rusiyanın ehtiyat kartı kimi tanınan Ruben Vardanyanın Qarabağdan qaçmasıdır. Rəsmi formada ya Rusiya Federasiyası, ya da Qarabağ separatçıları, eləcə də Vardanyanın özü Azərbaycan ərazilərindən qaçıb-qaçmaması barədə açıqlama verməsə də, ancaq onun Rusiyaya qaçdığını iddia edənlər çoxdur.

Vardanyanın Qarabağdan Rusiyaya qaçmasını təbii ki, Kreml təsdiq edə bilməz.  Çünki bu faktın Rusiya tərəfindəb etiraf edilməsi onun nüfuzuna zərbə vurmuş olar. Birmənalıdır ki, Vardanyan Qarabağdan Ermənistana məhz Xankəndi-Laçın yoluyla keçməlidir. Yola nəzarət edən Rusiya sülhməramlıları isə missiyalarına sadiq qalıb onu bu ərazidən İrəvana buraxmalı deyildilər. Hər hansı yolla Rusiya bunu edib və Vardanyanı Qarabağdan çıxarıbsa, lakin bu faktı açıqlaya bilmir. Eyni zamanda, separatçılar da Vardanyanın Xankəndi-Laçın yiolundan keçərək Qarabağı tərk etdiyini təsdiqləyə bilməzlər. Birincisi, ona görə ki, yalan hay-küy qaldırdıqları "Xankəndi-Laçın yolu bağlıdır" fikri ifşa edilə bilər. Yəni, ermənilərin iddia etdiyi kimi əgər sözügedən tol bağlıdırsa, o halda Vardanyan Qarabağı necə tərk edib? İkincisi, ermənilər Vardanyanın Qarabağı tərk etdiyini ona görə etiraf edə bilmirlər ki, bu halda Azərbaycan qarşısında daha bir məğlubiyyətlə üzləşdiklərini etiraf etmiş olacaqlar. Çünki Vardanyanın Qarabağdan rədd olması tələbi rəsmi Bakı aylar öncə irəli sürmüşdü.

Bəs, görəsən bu hadisə barədə ekspertlər nə düşünür? BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov deyir ki, Vardanyanın Rusiyaya getməsini əvvəllər həqiqətən də səfər adlandırırdıqsa, indi buna qaçmaq demək olar: "Səbəb aydındır. Yol üzərində Azərbaycanın ekoaktivistləri var və təbii ki, onlar görsələr idi ki, Vardanyan açıq şəkildə ordan keçmək istəyir, o, yaxşı halda geri qaytarılacaqdı, onun üçün pis halda isə həbs edilərək Bakıya gətiriləcəkdi. Görünən də odur ki, Vardanyan bunları yaxşı başa düşüb və rus sülhməramlılarının bir yerlərinə gizlənməklə Xankəndidən qaçıb".

Azər Qasımov hesab edir ki, əslində Vardanyan adlı canlının Azərbaycan ərazisində olması və onun qondarma bir vəzifə ilə Qarabağ ermənilərinin adından hansısa bəyanatlar verməsinin heç bir əhəmiyyəti yoxdur: "Məsələ ondadır ki, Vardanyan, ya da Arutyunyanın heç biri Azərbaycan üçün legitim fiqur deyil, buna görə də onların yerində qulağıkəsik Andranik olsa belə, heç nə dəyişməyəcək".

Politoloqun sözlərinə görə, əslində Vardanyan məsələsinin şişirdilməsinin özü belə onların əlinə oynayır: "Bu günə qədər Vardanyan kimi Qarabağa sürü şəklində erməni gəlib-gedib. Onlar Azərbaycan üçün adi bir erməni olublar. Ona görə hesab edirəm ki, Vardanyanın harasa getməsi Azərbaycan üçün maraqlı olmamalıdır. Biz onun arxasındakılarla öz işimizi aparmalıyıq. Vardanyan bir proyektin fiqurudir. Bu gün var, sabah baxdıq ki, hardan gəldiyi bəlli olmayan bir güllə ilə yoxdur. Bu, oyunun sonu olmayacaq. Vardanyan gedəcək başqa erməni gələcək. Ona görə də əsas işimizi rus sülhməramlılarının Qarabağda qalması müddətinin başa çatması vaxtına qurmalıyıq ki, onları Qarabağdan çıxara bilək".

Azər Qasımov deyib ki, Vardanyan əgər Qarabağdan Moskvaya qaçırılıbsa, böyük ölçüdə geri qaytarılmağa çalışılacaq: "Hesab edirəm ki, bu qaçış Vardanyanın təşəbbüsü ilə baş tutub. Məsələ ondadır ki, Rusiyanın ehtiyac halında öz tələblərini Vardanyana çatdırmaq imkanları çoxdur, amma Vardanyan hadisələrin gedişatından narazı olduğu üçün Moskvaya gedib məsələləri orda aydınlaşdırmaq tələbi qoya bilər. Ona görə də onu rus sülhməramlıları gizli şəkildə Qarabağdan çıxarmaq məcburiyyətində qalıblar. Moskvada əldə olunacaq nəticələrə əsasən Vardanyan yenidən Qarabağa qayıda da bilər, qayıtmaya da. Amma, böyük ölçüdə, geri qayıdacaq. Vardanyanın bu məsələdə qərar vermək, söz sahibi olmadığı aydın olduğu üçün Rusiyanın hələ ona ehtiyacı var. Vardanyan Qarabağa Ermənistana tullanmaq üçün tramplin kimi gətirilib. Rusiya guya başa düşmür ki, Qarabağ məsələsində orda kimin olmasının Azərbaycan üçün fərqi yoxdur. Azərbaycan istəyinə nail olmaq üçün hər addımı atacaq ki, məsələ onun xeyrinə həll olunsun. Vardanyan Paşinyanın rəqibdir. Rusiya da oyununu bu istiqamətdə qurub. Paşinyanın Vardanyanla əvəz edilməsi istiqamətində".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31