Baş nazirdən göstəriş: Bakıdakı binalar yoxlanılacaq

Türkiyədə baş verən faciəvi zəlzələdən sonra Azərbaycanda inşa olunan çoxmərtəbəli yaşayış binalarının ekspertizası aparılacaq.

Olaylar.az bildirir ki, bu barədə Gunusesi.info-ya hökumətdəki mənbələrdən məlumat daxil olub.

Məlumatda bildirilir ki , Baş nazir Əli Əsədovun göstərişi ilə Fövqəladə Hallar Nazirliyi və aidiyyatı qurumlar Bakı şəhərində inşa olunmuş yaşayış binalarının zəlzələyə davamlılığı və yerləşdiyi ərazidəki seysmik durumu araşdıracaqlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31