Türk dünyası insanlığın beşiyidir - ÖZƏL

"Dünyanın heç bir ölkəsində demək olar ki, zəlzələnin nə vaxt harda baş verməsini qabaqcadan bilmir. Bəzən elmi araşdırmalar nəticəsində nəsə deyirlər. Bu faciə bəşəriyyətin bəlasıdır. Faciə baş verən yerdə dövlətindən asılı olmayaraq bir başa insanlığa ölüm gətirir". Bunu "Olaylar"a deyən Milli Cəbhə Partiyası sədrinin müavini Rafiq Daşdəmirlinin sözlərinə görə, harda olmasından asılı olmayaraq körpə balalar, ana bacılar, ata analar, dədə nənələr ölür: "Əgər insanlıq dürüstdürsə insanlığa hörmət etməli, zərər çəkən hər kəsə kömək əlini uzatmalıdır.Tüküyədə baş vermiş zəlzələdə insanlığa olan hörməti gördükdə, dünyanın insanlığı olan hörmətini hiss etdim və varlığımla hörmətim artdı. Dünyanın əl uzadan hər bir ölkəsinə baş əydim. İnsan insandı, onun Allah yanında özünə rəğmən öz əməlinə görə yolu vardır. Suriya ölkəsində də zəlzələ baş verib. Ora olunan yardımla Tükiyəni eyniləşdirmək haqsızlıq olar.Amma hər ikisin də insanlıq faktoru var. Belə başa düşürəm ki, insanlığa hörmət gətirən dövlət və dövlətin başında duran şəxsin böyüklüyüdür. Rəhbər güçlülüyü, dürüstlüyü rəhbərlik qabiliyyəti olmalıdır ki,Türkiyədəki hörmətə sahib olsun. Başın sağ olsun Türkiyəm. Bu soyuq qış günü, zəlzələnin yeddinci günü adamların sağ salamat çıxması bir Allah möcüzəsidir.Dünyanın insanlığa hörməti daha çox sevirlər ki, Suriyada olan zəlzələdə zərər çəkənlərə də kömək əlini uzada.Türk dünyası insanlığın beşiyidir.Bu beşik beşikdə olan körpə uşaqların ölümünə göz yumammaz.Türk dünyasından bir yarpaq düşər, amma qalanlar solmaz. Düa edək ki, qışda soyuqda betonlar arasında qalmış insanlığı,məsum körpələri sağ salamat çıxarsınlar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31