Birinci xanım Mehriban Əliyevanın göstərişi ilə Heydər Əliyev Fondu Türkiyənin zəlzələ bölgəsinə humanitar yardım edir - FOTO

Birinci xanım Mehriban Əliyevanın göstərişi ilə Heydər Əliyev Fondu Türkiyənin zəlzələ bölgəsinə humanitar yardım edir.

Olaylar.az xəbər verir ki, fevralın 8-də yardım məqsədilə 13 ədəd xüsusi təyinatlı nəqliyyat vasitəsi Türkiyə yola salınıb.Humanitar yardıma dağıntılardan ziyan çəkmiş insanların yerləşdirilməsi üçün 375 ədəd çadır, 440 ədəd çarpayı, 2 ədəd böyük gücə malik generator, 8000 geyim dəsti, 20000 cüt corab, 650 ədəd masa, 1000 ədəd oturacaq, 7000 ədəd iplik dəsmal və digər ləvazimatlar daxildir. Bundan əlavə FHN-in növbəti humanitar yardımı Türkiyəyə yola düşüb, bu yardıma isə 115 ədəd müxtəlif ölçülü çadır, 1448 ədəd ədyal, 140 ədəd çarpayı, 90 ədəd qızdırıcı, 300 ədəd masa, 1000 ədəd oturacaq, 2000 ədəd iplik dəsmal və digər ləvazimatlar daxil edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31