İlham Əliyev Türkiyənin Azərbaycandakı səfirliyində olub, başsağlığı verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 8-də Türkiyə Respublikasının ölkəmizdəki səfirliyində olub, Türkiyədə baş vermiş zəlzələ nəticəsində çox sayda insanın həlak olması ilə əlaqədar başsağlığı verib.

Olaylar.az AZƏRTAC-a istinadən bildirir ki, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı dövlətimizin başçısını qarşıladı.

Prezident İlham Əliyev matəm kitabına ürək sözlərini yazdı.

Sonra dövlətimizin başçısı səfirlə söhbət etdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31