Vardanyan müstəqil fiqur deyil - ÖZƏL

"Ruben Vardanyanı ötən ilin sentyabr ayında Qarabağa göndərən Moskva onun geri qaytarılıb-qaytarılmamasına da qərar verəcək. Vardanyan müstəqil fiqur deyil, Rusiya xüsusi xidmət strukturları onun Rusiyadakı maliyyə vəsaitlərinə və daşınmaz əmlakına nəzarət edirlər". "OLAYLAR" xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. O bildirib ki, Vardanyanı Rusiya vətəndaşlığından məhrum etdikləri kimi, lazım bildikləri halda vətəndaşlığa bərpa edə də bilərlər: "Ruben Vardanyanın hazırda Moskvada olduğu bildirilir, məsləhətləşirlər. Əgər Vardanyanı yenidən Laçın yolu ilə Rusiya hərbi kontingentinin nəqliyyat vasitələrində gizli şəkildə Xankəndinə göndərsələr, demək Moskva bu separatçını hələ Azərbaycan ərazisində istifadə etmək istəyir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31