“Ermənistan müstəqil daxili, xarici siyasət kursuna malik deyil” - ÖZƏL

Ermənistan danışıqlarda destruktiv mövqe nümayiş etdirir. "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova deyib. Bildirib ki, Azərbaycanla Ermənistan arasında normallaşma prosesinin təşəbbüskarı məhz Azərbaycan olmasına və beynəlxalq hüququn 5 əsas prinsipi əsasında sülh sazişinin imzalanmasını təklif etməsinə baxmayaraq, Ermənistan danışıqlarda destruktiv mövqe nümayiş etdirir: "Ermənistan müstəqil ölkə deyil və müstəqil daxili, xarici siyasət kursuna malik deyil. Sülh sazişinin imzalanması hər kəsdən əvvəl Ermənistanın özünə lazımdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31