“Azərbaycanla Misir arasında siyasi dialoq yaxşı səviyyədədir” - ÖZƏL

Misir Ərəb Respublikası və Azərbaycan arasında diplomatik əlaqələr 1992-ci ildə yaradılıb. Bu illər ərzində münasibətlər daha da genişlənib. "Olaylar"ın məlumatına görə, bunu Misir Ərəb Respublikasının baş naziri Mustafa Madbuli Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşdə deyib. Baş nazir qeyd edib ki, Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisinin cari ilin yanvar ayında Azərbaycana səfəri bir sıra sahələrdə əməkdaşlığın daha da dərinləşməsinə imkan verəcək: "Azərbaycanla Misir arasında siyasi dialoq yaxşı səviyyədədir. İqtisadi sahədə, o cümlədən, sənaye, ticarət, nəqliyyat, kənd təsərrüfatı kimi sahələrdə geniş əməkdaşlıq üçün yaxşı imkanlar mövcuddur. Humanitar sahədə də əlaqələr əhəmiyyət kəsb edir". 

Baş nazir vurğulayıb ki, müxtəlif beynəlxalq təşkilatların fəal iştirakçısı olan Azərbaycanın Qoşulmama Hərəkatında böyük rolu var. O, beynəlxalq sahədə əməkdaşlığın vacibliyini xüsusi qeyd edib, ölkəsinin Azərbaycanla Ermənistan arasında sülh yaradılmasını dəstəklədiyini də diqqətə çatdırıb: "Parlamentlər arasında əməkdaşlıq ölkələrimiz arasında münasibətlərin daha da dərinləşməsinə töhfə verir. Ona görə də Misir bu sahədə münasibətlərə böyük əhəmiyyət verir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31