Azərbaycanın tam haqqı var ki, qanunlarımızı pozduğuna görə Vardanyanı tutub həbsə atsın - ÖZƏL
8 Fevral 2023 10:56 SiyasətYayılan xəbərə görə, Qarabağa "rus desantı" kimi atılmış Ruben Vardanyanın Moskvaya qaçıb. Onun Rusiyadan yeni təlimatlar almaq üçün Moskvaya qaçması da istisna edilmir. "Olaylar"ın məlumatına görə, millət vəkili Sahib Alıyev bildirib ki, Ruben Vartanyan haradan göndərilmişdisə oradadır: "Yəqin Qarabağdakı Rusiya hərbi kontingentinin yük maşınının bortunda tentin altında gizlənərək Xankəndindən çıxıb. Biz birmənalı şəkildə bu təxribatçı dələduzun Moskvadan geri dönməsini istəmirik. Onun Xankəndinə göndərilməsini isə regionda sülhün baş tutmamasına və torpaqlarımız üzərində suverenliyimizin tam təmin olunmasının qarşısının alınmasına cəhd kimi qiymətləndiririk. Azərbaycanın tam haqqı var ki, nə özü, nə də ata-anası Qarabağda doğulub-böyüyən bu sümsük hay yenidən ora dönmək istəsə, qanunlarımızı kobud şəkildə pozduğuna görə tutub həbsə atsın".