Milli Məclisin sədri Sahibə Qafarova Ərəb Parlamentinin Prezidenti ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova Misir Ərəb Respublikasına rəsmi səfəri çərçivəsində Ərəb Parlamentinin mənzil -qərargahında bu təşkilatın Prezidenti Adel bin Abdul Rahman Əl-Asumi ilə görüşüb. MM-dən "Olaylar"a bildirlib ki, Azərbaycan parlament nümayəndə heyətini məmnuniyyətlə salamlayan Əl-Asumi deyib ki, bu görüş münasibətlərimizin daha da genişlənməsinə mühüm töhfə verəcək. O, rəhbərlik etdiyi təşkilatın Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi ilə əlaqələrə böyük əhəmiyyət verdiyini bildirərək, Azərbaycanın bu əməkdaşlıq platformasına uğurlu sədrliyini yüksək qiymətləndirib. Onun sözlərinə görə, Azərbaycan Parlament Şəbəkəsinin yaradılması və institusional inkişafı üçün böyük işlər görür.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31