"Bu fikri yayıb hakimiyyəti qınayanların nə təklifi var?"

Olaylar.az xəbər verir ki, bu fikirləri politoloq Sahib Məmmədov öz "Facebook" sosial hesabında qeyd edib.

O bildirib ki:

"İndi belə fikirlər yazanlar çoxdur. Hollandıyalı mütəxəssis deyibmiş ki, zəlzələ olacaq, amma fikir verən olmayıb. Mənasız və icra mexanizmi olmayan yanaşmadır. Tutaq ki, lap sanballı bir alim  deyir ki, yaxın vaxtlarda filan şəhərdə zəlzələ olacaq. Bu məlumatdan sonra 5 milyon (olsun bir milyon, 500 000 və s.) əhalisi olan şəhərin rəhbəri, ya ölkənin rəhbəri nə etməlidir? Şəhəri bağlayıb əhalini köçürməlidir? Bir binada (biznes mərkəzində) yanğın təhlükəsizliyini yoxlamaq üçün süni həyacan siqnalı verilir və binada işləyənlər aşağı düşüb bir meydançaya yığılır. Sonra geri qayıdırlar. İndi hər proqnoz veriləndə milyonluq şəhəri, bütöv əraziləri evakuasiya etməlidir hakimiyyətlər? Bu fikri yayıb hakimiyyəti qınayanların nə təklifi var? Hər proqnoza görə yaşayış məntəqələrini köçürsələr onda həyat pozular. Bu mümükün deyil. Başqa məsələdir ki, seysmik ərazilərdə yaşayan insanlar özü fövqaladə hallara hazır olmalıdır. Ən azı mənzili tərk edərkən ən zəruri olan əşyaları götürməyə. Həm də nə etmək lazımdır bu barədə məlumatlı olsalar yaxşı olar. Amma praktika göstərir ki, panika düzgün qərar qəbul etməyə imkan vermir. 2000-ci il zəlzələsi zamanı bunu özümüz sınaqdan çıxardıq."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31