Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında "yaşıl enerji" ilə bağlı strateji tərəfdaşlıq Sazişi təsdiqləndi
7 Fevral 2023 18:53 SiyasətPrezident İlham Əliyev "Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş"in təsdiq edilməsi ilə bağlı Fərman imzalayıb.
Olaylar.az xəbər verir ki, Fərmanda deyilir:
- 2022-ci il dekabrın 17-də Buxarest şəhərində imzalanmış "Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş" təsdiq edilsin.
- Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Energetika Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin.
- Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Gürcüstan, Rumıniya və Macarıstan Hökumətlərinə bildiriş göndərsin.