Ermənistan danışıqlarda destruktiv mövqe nümayiş etdirir - ÖZƏL
7 Fevral 2023 13:22 Siyasət"Azərbaycanla Ermənistan arasında normallaşma prosesinin təşəbbüskarı məhz Azərbaycan olmasına və beynəlxalq hüququn prinsipləri əsasında sülh sazişinin imzalanmasını təklif etməsinə baxmayaraq, Ermənistan danışıqlarda destruktiv mövqe nümayiş etdirir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Senatının sədri Abdel Vahab Abdel Razeq ilə görüşündə bildirib. Spiker qeyd edib ki, Azərbaycan regionda daimi sülh və təhlükəsizliyin təmin olunmasını istəyir: "Azərbaycan hər bir ölkənin suverenliyinə hörmətlə yanaşır və hər kəsdən də ölkəmizin suverenliyinə hörmət göstərməsini tələb edir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31