"Bu gün AHİK dünya ölkələrinin 70-dən çox həmkarlar ittifaqları mərkəzi ilə əməkdaşlıq edir"- ÖZƏL
7 Fevral 2023 13:19 Siyasət"Bu gün AHİK dünya ölkələrinin 70-dən çox həmkarlar ittifaqları mərkəzi ilə əməkdaşlıq edir".
Olaylar.az xəbər verir ki, bunu AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev AHİK-in 30 illik yubileyinə həsr olunmuş tədbirdə çıxışı zamanı deyib.
"Azərbaycan həmkarlar ittifaqlarının beynəlxalq həmkarlar ittifaqı hərəkatında oynadığı rol nəzərə alınaraq AHİK-in rəhbəri son üç seçkidə BHİK-in və Pan Avropa Regional Şurasının vitse-prezidenti seçilib. Yeri gəlmişkən, bu yaxınlarda AHİK-in nümayəndəsi Pan Avropa Regional Şurası Qadınlar komitəsinin prezidenti seçilib", - S. Möhbalıyev bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31