"İndiyədək qanunverici və icra orqanlarının hazırladığı 544-dən çox qanun layihəsinə öz təkliflərimizi vermişik"- ÖZƏL
7 Fevral 2023 13:09 Siyasət"Bu gün AHİK öz sıralarında 1,5 milyonadək həmkarlar ittifaqı üzvünü birləşdirir. Quruma 27 həmkarlar ittifaqı mərkəzi, o cümlədən 501 şəhər, rayon həmkarlar ittifaqı təşkilatı, 60 birləşmiş həmkarlar ittifaqı komitəsi, 14202 ilk həmkarlar ittifaqı təşkilatı daxildir".
Olaylar.az xəbər verir ki, bunu AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev AHİK-in 30 illik yubileyinə həsr olunmuş tədbirdə çıxışı zamanı deyib.
"Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Azərbaycan Nazirlər Kabineti və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında Baş Kollektiv Sazişin bağlanması sosial tərəfdaşlığın müsbət nümunəsidir. Həmin sənədin əsasında sahə həmkarlar ittifaqı Respublika Komitələri tarif sazişi, ilk həmkarlar ittifaqı təşkilatları isə kollektiv müqavilələr imzalayırlar. Hazırda 11476 kollektiv müqavilə, 122 tarif sazişi fəaliyyət göstərməkdədir. AHİK yarandığı gündən işçilərin sosial təminatlarına dair qanun və proqramların, normativ hüquqi sənədlərin işlənib hazırlanmasında fəal iştirak edir. İndiyədək qanunverici və icra orqanlarının hazırladığı 544-dən çox qanun layihəsinə öz təkliflərimizi vermişik. Onların əksəriyyəti nəzərə alınıb", - AHİK sədri deyib.