"Azərbaycan Türkiyəyə 100-dən çox xilasetmə mütəxəssisi göndərib" - XİN

"Azərbaycan qardaş Türkiyənin zəlzələdən zərər çəkmiş bölgələrinə axtarış-xilasetmə qruplarını göndərib".

Olaylar.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, 100-dən çox xilasedici mütəxəssisdən ibarət ilk qrup öz avadanlıqları ilə birlikdə Türkiyə xilasetmə işlərinə kömək etmək üçün zəlzələ bölgəsindədir.

"Biz səninləyik, Türkiyə!", - XİN-dən qeyd olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31