Türkiyə səfirliyi Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkür edib

Türkiyə səfirliyi Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkür edib.

Olaylar.az trend-ə istinadən bildirir ki, bu barədə səfirliyin tvitter hesabında bildirilib.

"Qardaş Azərbaycandan axtarış-xilasetmə heyəti, texnika və itləri daşıyan birinci təyyarə bu gün saat 12:45-də, ikinci təyyarə saat 16:25-də, üçüncü təyyarə isə bu yaxınlarda havaya qalxıb. Sabah səhər saatlarında səhiyyə işçilərini daşıyacaq 4-cü təyyarənin havaya qalxması planlaşdırılır.Dəstəyiniz və həmrəyliyiniz üçün təşəkkür edirik", - deyə qeyd edilib.

Xatırladaq ki, bu gün Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31