Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 1 541-ə çatdı

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 1 541-ə, yaralananların sayı isə 9 733-ə yüksəlib.

Olaylar.az trend-ə istinadən xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. 3471 bina dağılıb.

Xatırladaq ki, bu gün Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31