Türkiyədəki zəlzələ ilə bağlı Operativ Qərargah yaradılıb
6 Fevral 2023 19:19 SiyasətOlaylar.az xəbər verir ki, 6 fevral 2023-cü il tarixində Türkiyənin Kahramanmaraş və ətraf vilayətlərində baş vermiş zəlzələ ilə bağlı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində Operativ Qərargah yaradılıb.
Zəlzələdən zərər çəkmiş Azərbaycan Respublikası vətəndaşlarının və onların yaxınlarının aşağıdakı telefon nömrələri və elektron poçt vasitəsilə əlaqə saxlamaları xahiş olunur:
+994125969449 (saat 9:00-dan 18:00-dək)
+994503422491 (24 saat)
[email protected]
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31