Türkiyənin Azərbaycandakı səfirinə yardım üçün müraciət edildi - ÖZƏL
6 Fevral 2023 14:59 SiyasətTürkiyənin Azərbaycandakı səfiri Cahit Bağçıya araşdırmaçı jurnalist, dosent Zaur Əliyev tərəfindən müraciət ünvanlanıb. "OLAYLAR"-ın xəbərinə görə, müraciət müəllifi səfirdən xahiş edir ki, diplomatik nümayəndəliyin yerləşdiyi binada qərargah yaradılsın və hesab nömrəsi açılsın ki, Türkiyənin ağır günüdə yardımı birbaşa edə bilək:
"Hazırda Qızıl Aypara, digər təşkilatlar və fərdi şəxslər belə kompaniya başlayacaq. Şəxsən mən Sizin səfirlikdən başqa heç kimə inanmıram ki, yardım şəffaflıqla idarə ediləcək. Azərbaycanda 44 günlük müharibə və ondan sonra neçə neçə fırıldaqçılar yardım adı ilə toplanan pulları mənimsəyiblər. Mediadan oxuyuruq ki, Türkiyədə də belə fırıldaqçılar çoxdur.
Biz bu insanları tanıyırıq, bilirik. Amma onlar öz adları ilə olmasa da digər adlamların vasitəsilə yardım üçün toplanan pulları mənimsəyə bilərlər. Peşəkar fırıldaqçılardan mütləq qorunmaq lazımdır".
Zaur Əliyev daha sonra qeyd edib: "Nə Türkiyədə, nə də Azərbaycanda fərdi, ictimai birliklər və sairələrə etibar yoxdur. Etibar ancaq Sizin timsalınızda səfirlikdir. Ona görə xahiş edirəm ehtiyacı olan, təbbi fəlakətdən zərər görən insanlara yardım kompaniyasına özünüz nəzarət edin. Bizim YAŞAT fondumuz var, etibarlı fonddur. Onunla əməkdaşlıq edib birgə Türkiyəmizi bu çətin günlərdən xilas etmək üçün əl ələ verməyə hazırıq. Gəlin birgə fırıldaqçılardan özümüzü qoruyub Türkiyədəki əzizlərimizə hər cürə yardım edəyin. Biz istəyirik ki, yardımlarımız zəlzələ qurbanlarına birbaşa çatsın, hansısa fırıldaqçıların cibinə getməsin".