Qərbi Azərbaycan İcmasının idarə heyətinin sədri Türkiyəyə başsağlığı verib

"Qərbi Azərbaycan İcmasının İdarə heyətinin sədri olaraq icmamızın bütün üzvləri adından qardaş Türkiyədə baş verən 7.4 bal gücündə zəlzələ nəticəsində dünyasını dəyişənlərə Allahdan rəhmət, ailələrinə başsağlığı diləyirəm".

Olaylar.az bildirir ki, bunu Qərbi Azərbaycan İcmasının idarə heyətinin sədri Əziz Ələkbərli deyib.

İcma sədri yaralıların tezliklə şəfa tapmasını arzuladığını deyib.

O, İcma üzvləri və rəhbərliyinin bu xəbərdən dərindən sarsıldığını bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31