Azərbaycan türk dövlətləri ilə əməkdaşlığa önəm verir - ÖZƏL
6 Fevral 2023 10:10 SiyasətAzərbaycan türk ölkələri ilə həm ikitərəfli, həm də çoxtərəfli formatda əlaqələrin inkişafına böyük önəm verir. Olaylar xəbər verir ki, bunu millət vəkili Əli Məsimli bildirib. Qeyd edib ki, Türk Dövlətləri Təşkilatı üzv dövlətlər arasında əməkdaşlıq üçün mühüm platformadır: "Ona görə də Azərbaycanla Qırğızıstan faydalı əməkdaşlığın miqyasının genişləndirilməsi həm ikitərəfli səviyyədə, həm də çoxtərəfli formatda səmərəli qarşılıqlı fəaliyyətin daha da dərinləşməsinə doğru inkişaf etdirilməli və bu əsasda türk dünyasında inteqrasiyası proseslərinin inkişaf etdirilməsinə və daha sıx yaxınlaşmasına yeni təhfələr verilməliidr".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31