XİN: "Azərbaycan hər zaman Türkiyənin yanındadır"
6 Fevral 2023 10:07 Siyasət"Qardaş Türkiyənin Kahramanmaraş şəhərində baş vermiş güclü zəlzələ nəticəsində insan tələfatı və dağıntılar barədə xəbərləri dərin hüznlə qarşıladıq".
Olaylar.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-dən bildirilib.
"Həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Azərbaycan hər zaman Türkiyənin yanındadır", - paylaşımda bildirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31