Rumıniyanın beynəlxalq səviyyədə əməkdaşlığa maraq göstərdiyi ölkələr arasında Azərbaycan xüsusi yer tutur
4 Fevral 2023 13:07 SiyasətAzərbaycan ilə Rumıniya arasında münasibətlərin əsası hələ Orta əsrlərdə qoyulub. Azərbaycan hökmdarı Uzun Həsənin dövründən başlayan bu əlaqələr Səfəvilərin hakimiyyəti illərində də davam edib. Tarixin müxtəlif çağlarında inkişaf edən bu əlaqələr hər iki ölkənin müstəqilliyə qovuşmasından sonra keyfiyyətcə yeni mərhələyə yüksəlib".
"OLAYLAR" xəbər verir ki, bu fikirləri siyasi ekspert Elxan Quliyev səsləndirib. O bildirib ki, Rumıniyanın beynəlxalq səviyyədə əməkdaşlığa maraq göstərdiyi ölkələr arasında Azərbaycan xüsusi yer tutur. Rumıniya Prezidenti Klaus Yohannisin ölkəmizə səfərinə diqqət edən Elxan Quliyev deyib ki, səfər zamanı keçirilən görüşlər ölkələrimiz arasında mövcud olan davamlı dostluq və əməkdaşlıq əlaqələrinin birgə səylər nəticəsində bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcəyinin və bariz nümunəsidir.