Azərbaycanın uğurlu enerji siyasəti bizə qarşı olan dövlətləri öz fikirlərindən döndərə bilib

"Cənub Qaz Dəhlizi Məşvərət Şurasının Bakıda keçirilən növbəti nazirlər çərçivəsində VI toplantısı geosiyasi vəziyyətin gərgin olduğu, xüsusən də, Ukrayna müharibəsi səbəbindən Avropanın qaz təchizatında Rusiya ilə olan gərginlik fonunda xüsusi əhəmiyyət kəsb edir. İndi bir çox Avropa ölkələrinin Azərbaycanın sağlam və etibarlı tərəfdaş ölkə olduğunu virğuladığı bir məqamda bəzi həqiqətlər yada düşür".

Bu fikirləri "OLAYLAR"-a BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov səsləndirib. O bildirib ki, NABUKO layihəsinin vaxtı ilə birbaşa maddi və siyasi səbəblərdən elə proyekt olaraq qalması zamanı Avropa Azərbaycanın bu layihənin alternativi olan TANAP və TAP layihələrinəə start verəcəyi, öz xərcləri hesabına bu layihələri həyata keçirəcəyi ağıllarına da gəlmirdi: "Yunanıstan NABUKO layihəsi çərçivəsində Azərbaycanın Yunanıstanın DESFA qaz ötürücü şirkətini almasını uzatması və Avropa İttifaqının bu məsələdə rəqabət qanunlarını bəhanə gətirərək qarşısını alması zamanı indiki tərif deyən ölkələrin onda səsləri çıxmırdı. İndi hər şeyi Azərbaycanın hazır etdiyi bir zamanda ona və onun Prezidentinə təriflər yağdırmaq asan işdir və üzgörənlikdən başqa bir şey deyildir".

Azər Qasımov bildirib ki, indi iştirakçı ölkələrin sayı getdikcə artır:

"Layihəyə qoşulmaq istəyən ölkələrin də olduğu bəllidir. Bu, Azərbaycan dövlətinin Avropa üzərində qələbəsi və uğurudur. Təbii ki, Azərbaycan öz qaz ehtiyatlarını beynəlxalq arenaya çıxarmaqda maraqlıdır. Amma Azərbaycanın bu məsələdə yürütməkdə olduğu siyasət iqtisadi layihəni siyasi layihəyə çevirmişdir. Azərbaycan üçün siyasi dividentlər gətirmişdir. Avropa həm Azərbaycanın qazını almağa məhkum olmuş, həm də Azərbaycana əvvəllər etdiyi kimi minnət edə bilməmişdir. Avropa İttifaqı DESFA məsələsində maneçilik törədəndə guya bilmirdi ki, bu, həmin qaz dəhlizinin tərkib hissəsidir. Azərbaycanın uğurlu enerji siyasəti bizə qarşı olan dövlətləri öz fikirlərindən döndərə bilib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31