Britaniya Azərbycanla enerji əlaqələrinin daha da genişlənəcəyinə ümid edir - Səfir

Cənub Qaz Dəhlizi Məşvərət Şurasında səslənən planlar enerji təhlükəsizliyinin təmini ilə bağlı ümidləri artırır.

Olaylar.az Trend-ə istinadən bildirir ki, bu barədə Böyük Britaniyanın ölkəmizdəki səfiri Fergus Auld tvitter hesabında qeyd edib.

"Cənub Qaz Dəhlizi Məşvərət Şurasında səslənən planlar enerji təhlükəsizliyinin təmini ilə bağlı ümidləri artırır. Biz Azərbaycan ilə enerji sahəsindəki əlaqələrimizin daha da genişlənəcəyinə ümid edirik", - deyə bildirilib.

Qeyd edək ki, bu gün Bakıda, Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclasları keçirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31