Səfirliyimizə terror hücumu ilə İran əsil simasını göstərdi - ÖZƏL
3 Fevral 2023 10:47 Siyasət"Regionda müxtəlif qanlı terror hadisələrinin maliyyələşdirilməsi, silahlı qrupların yaradılması uzun illərdir ki, Fars molla rejiminin dövlət siyasətinə çevrilibdir. Azərbaycanın İrandakı səfirliyinə hücum da məhz uzun müddətdir ki, hazırlanmış məkrli, xain və düşünülmüş siyasətin tərkib hissəsidir. Rəsmi Tehran ötən illər ərzində həm qonşuluq münasibətlərinə xələl gətirib, öz mənfur və çirkin oyunları ilə bölgədə qarışıqlıq yaratmaq, nifaq salmaq, xalqlar arasında qan tökmək, əsl şeytana xas məkirli oyunlar qurub. Azərbaycan dövləti həmişə İranın bu hərəkətlərinə səbrlə davranıb, bərabərhüquqli qonşuluq əlaəqləri qurmağa çalışıb, öz humanistliyini nümayiş etdirib". "Olaylar"ın məlumatına görə, bunu deyən millət vəkili Aydın Hüseynovun sözlərinə görə, İran hökuməti öz xain və məkrli siyasətindən əl çəkmədi və səfirliyimizə son terror hücumu ilə İran əsil simasını göstərdi: "Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu nəticəsində mühafizə xidmətinin rəisi Orxan Əsgərovun qətlə yetirilməsindən sonra Fars rejimi bu qətliamın üstünü ört basdır etməyə, terror hadisəsinin motivini dəyişdirmək üçün müxtəlif çirkli oyunlara əl atıb. Bu cür yayındırıcı hərəkətlər onu təsdiqləyir ki, terrorda İranın dövlət orqanlarının, dünyada terrorçu təşkilat kimi tanınmış SEPAH-ın birbaşa iştirakı vardır. Hazırda İran beynəlxalq səviyyədə terroçu ölkə kimi tanınmaqdadır. Dünyada terrora qarşı geniş və sistemli beynəlxalq mübarizənin artıdğı bir dövrdə terrorçu İran dövlətinə qarşı ən layiqli və sərt cəza verilməlidir".