Xankəndi-Laçın yolunda ekoloji terrora yox deyən, İrandakı səfirliyimizə terror hücumunun qarşısını alanlar da Azərbaycan gəncləridir - ÖZƏL
3 Fevral 2023 10:35 SiyasətMəlum olduğu kimi Mingəçevir şəhəri Gənclər Paytaxtı seçilib. "Olaylar" xəbər verir ki, Milli Məclisin deputatı, MM sədrinin birinci müavini Əli Hüseynli "Heydər Əliyev ili"ndə Mingəçevirin Gənclər Paytaxtı seçilməsinin əlamətdar hadisə olduğunu qeyd edib. Sədr müavini Mingəçevirlilər üzərinə böyük məsuliyyət düşdüyünü diqqətə çatdırıb: "30 ilə yaxın işğal altında qalan torpaqlarımız məhz gənclərimizin şücaəti sayəsində azad edilib. Eyni zamanda, gənclərimiz təkcə döyüş meydanında deyil, informasiya müharibəsində də qələbə qazandılar. Mübarizəmiz indi də davam edir. Bu gün Xankəndi-Laçın yolunda ekoloji terrora yox deyən, bir neçə gün öncə İrandakı səfirliyimizə terror hücumunun qarşısını alanlar da Azərbaycan gəncləridir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31