Azərbaycana Avropada maraq artır - ÖZƏL

"Azərbaycanın zəngin neft və qaz ehtiyyatları, Avropanın enerji təhlükəsizliyində mühüm rolu ölkəmizə olan marağı hər ötən gün daha da artırır. Bu günlərdə baş tutan səfərlər belə deməyə əsas verir".

"OLAYLAR" xəbər verir ki, bu fikirlər "Xəbər Mərkəzi" Analitik Qrupun açıqlamasında əksini tapıb. Analitik Qrup hesab edir ki, elə Rumıniya prezidenti Klaus Yohannisi də  Bakıya gətirən səbəblərdən də biri budur:

"Məlumdur ki, Rusiya-Ukrayna müharibəsi fonunda Avropa ciddi enerji problemi ilə üzləşib. Regionun əksər ölkələri həm Moskvaya tətbiq olunan sanksiyalar, həm də Ukraynaya dəstək olaraq Rusiya qazını almaq istəmir. Belə bir vəziyyətdə Avropa üçün alternativ enerji mənbələrinə ciddi ehtiyac duyulur. Bu mənbə isə heç şübhəsiz ki, Azərbaycandır".

Analitik Qrupdan o da bildirib ki, bir neçə gün əvvəl Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Macarıstana rəsmi səfərə dəvət olunmasında məhz qeyd edilən amil də əsas rol oynayırdı:

"Macarıstan rəsmiləri açıq şəkildə hələ bir müddət əvvəl etiraf etmişdilər ki, Bakı Budapeşt üçün əlverişli alternativ enerji mənbəyidir"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31