Ermənistan sülh müqaviləsini imzalamaqdan boyun qaçırır - ÖZƏL
3 Fevral 2023 10:27 Siyasət44 günlük Vətən müharibəsində ölkəmizin əldə etdiyi şanlı Qələbədən sonra işğaldan azad olunmuş ərazilərimizdə bərpa və quruculuq işləri həyata keçirilir. "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova İndoneziya Respublikası Nümayəndələr Palatasının ölkəmizdə səfərdə olan İndoneziya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Muhammad İqbalın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə deyib. Spiker diqqətə çatdırıb ki, Azərbaycan Ermənistana beynəlxalq hüququn prinsipləri əsasında sülh sazişinin imzalanmasını təklif etsə də, Ermənistan danışıqlarda destruktiv mövqe nümayiş etdirir və sülh müqaviləsini imzalamaqdan boyun qaçırır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31