Ermənistan tərəfi prinsipial olaraq Azərbaycanın təkliflərini qəbul edib - ÖZƏL

"Azərbaycanla Ermənistan arasında konfedensial danışıqlar gedir. Ermənistan tərəfindən danışıqları bu ölkənin təhlükəsizlik katibi Armen Qriqoryan aparır. Ermənistan tərəfi prinsipial olaraq Azərbaycanın təkliflərini qəbul edib". Bunu "Olaylar"a deyən  politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, Vaşinqtonun  vasitəçiliyi ilə danışıqlar aparılır və növbəti aylarda Tiflisdə üçtərəfli liderlərin görüşü keçirilməsi istisna deyil: "Nikol  Paşinyan danışıqlarda ABŞ vasitəçiliyini qəbul edərək Tiflis görüşünə hazırdır. Məhz Ermənistandan ötən gün açıqlamada Tiflis görüşünə müsbət baxdıqları vurğulandı. Rusiya növbəti dəfə danışıqlari pozmaq üçün xarici işlər nazirlərinin Rusiyada görüşünü təşkil etməyə çalışır. Yerevan belə bir görüşdə maraqlı deyil. Ermənistanda konstitusiya referendumundan sonra Azərbaycanla yeni sülh müqaviləsini özündə ehtiva edən yeni bir sənəd imzalanması gözlənilir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31