"İş sistemli şəkildə davam etsə, tarixi ədalət bərpa olunacaq"- ÖZƏL

"Qərbi Azərbaycan məsələsi  Azərbaycan siyasi gündəminin önəmli məsələsidir. Çünki ,bu məsələnin tarixi yüz ildən artıq bir dövrü əhatə edir. 19-cu əsrin ortalardında İrəvan quberniyası işğal edildikdən sonra  Türkmənçay müqaviləsinə uyğun olaraq həmin torpaqlara Osmanlıdan ermənilər köçürülərək, erməni vilayəti yaradıldı. Məhz, Rusiya İmperiyasının yaratdığı milli ədavət nəticəsində dörd dəfə azərbaycanlılar Qərbi Azərbaycandan deportasiya edildi. Ən son deportasiya 1988-ci ildə həyata keçirilib. 1905-1907, 1918-1920 -ci illərdə tarixi Azərbaycan torpaqlarında baş verən qətliamlar, deportasiyalardan sonra SSRİ hakimiyyəti Ermənistanda qurulduğu zaman hər kəs siyahıya alındı".

Bu sözləri Olaylar.az-a politoloq Oqtay Qasımov deyib.

"O zaman SSRİ mənbələri 570 min azərbaycanlının bu torpaqlarda yaşadığını qeyd edib. Həmin zamanda isə Ermənistanın əhalisi 1 milyon 250 min nəfər idi. Yəni, hətta, ağır deportasiyalar olsa da, azərbaycanlılar yenə də Ermənistanda əhalinin yarısını təşkil edirdi. Daha sonra soydaşlarımız birbaşa SSRİ-nin nəzarəti ilə Ermənistan adlanan ərazidən köçürüldü. Onların hüquqları beynəlxalq səviyyədə işıqlandırılmadı. Qayıdışla bağlı bir çox fikirlər irəli sürülsə də, nəticə vermədi. Düşünürəm ki,bunlardan ən sistemlisi yeni yaradılan icmadır. İcmanın son bir neçə ayda ciddi fəaliyyətə başlayıb. Sənədlərin toplanması, soydaşların siyahısı, toponimlər və.s istiqamətdə işlər görülür. Son olaraq icma tərəfindən Qərbi Azərbaycana qayıdış konsepsiyası hazırlanıb, qəbul edilb. Azərbaycan dövləti haqlı olaraq, erməni revanşizmini gündəmə gətirir. İş sistemli şəkildə davam etsə, tarixi ədalət bərpa olunacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31