"İlham Əliyev Avrasiya çərçivəsində qəbul edilən peşəkar siyasətçiyə çevrilib"- ÖZƏL
2 Fevral 2023 14:32 Siyasət"29,30 yanvar tarixlərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və vitse-prezident Mehriban Əliyeva Macarıstana rəsmi səfərdə oldu. Prezident Macarıstan Prezidenti Katalin Novak və baş nazir Viktor Orbanla görüşdü. Prezident İlham Əliyev Budapeştdə baş nazirlə görüşdükdən sonra bəyənatla çıxış etdi. İlham Əliyev bəyənatda bir neçə məsələyə toxundu. Bəyənatda bir neçə məsələyə toxunuldu. Onlardan birincisi Azərbaycanla Macarıstan arasında strateji əməkdaşlıq haqqında idi. Bu, əməkdaşlığın çox da qədim tarixi yoxdur. Birbaşa İlham Əliyevin adı ilə bağlıdır. Çox uğurlu gedişatdır. 10 ildən bir az artıq müddətdə əməkdaşlıq İlham Əliyevin və Viktor Orban fəaliyyəti nəticəsində gündəmə gəlir. Macarıstan mərkəzi Avropada yerləşən, keçmiş SSRİ logerine daxil olan ölkədir. Azərbaycan-Macarıstan əməkdaşlığı qaz nəqli üzərində də möhkəmlənib. Macarıstan Azərbaycan qazının nəinki istifadəsinə tranzit ölkəyə çevrilib".
Bu sözləri Olaylar.az-a politoloq Cümşüd Nuriyev deyib.
"Daha sonra Azərbaycanla-Macarıstan arasında dekabr ayında bağlanan dördtərəfli müqaviləyə əsasən, Azərbaycandan elektrik enerjisi Macarıstana ötürüləcək. Bu da Azərbaycanın Avropanın enerji təhlükəsizliyində olan rolunu daha da artırır. Üçüncü olaraq iki ölkə arasında təhsil məsələsinə toxunulub. İlham Əliyev Macarıstanda üç yüzdən artıq tələbənin təhsil, təqaüd aldığını bildirib. Azərbaycan gəncinin yetişməsində Macarıstan təhsil sisteminin də rolu var.
Toxunulan bir başqa məsələ də müharibədən sonra minaların təmizlənməsinə Macarıstanın münasibətidir. Prezident İlham Əliyev Macarıstan şirkətlərini Qarabağda bərpa prosesində iştirak etmək üçün Azərbaycana dəvət edib. 30 yanvar tarixində iki ölkə arasında yeddi sənəd imzalanıb. Ən önəmlisi Viktor Orbanın İlham Əliyevə verdiyi qiymətdir. Dövlət başçısı artıq Avropada tanınan və qəbul olunan siyasətçidir. Bundan öncə Serbiyanın dövlət başçısı da bunu etiraf etmişdi. Orban qeyd edib ki, İlham Əliyevdən təmkinli siyasətçi olmağı öyrənir. Bu Avropada olan dövlətin prezidentimizə verdiyi qiymətdir və sevindirici haldır. Artıq İlham Əliyev Qafqaz və MDB çərçivəsindən çıxıb, Avrasiya çərçivəsində qəbul edilən peşəkar siyasətçiyə çevrilib".