Azad edilən ərazilərdə quruculuğun aparıcı qolu gənclər olmalıdır - ÖZƏL

"İşğaldan azad edilmiş ərazilərdə gənclərin tükənməz qüvvəsindən səmərəli istifadə edilməsi üçün xüsusi dövlət proqramlarına, layihələrə ehtiyac var".

"OLAYLAR" xəbər verir ki, bu fikirləri Azad Vətən Partiyasının Siyasi Şurasının sədri  Novruz Novruzbəyli səsləndirib. O bildirib ki, həmin ərazilərdə yeni həyat qurulur və bu quruculuğun aparıcı qolu gənclər olmalıdır:

"Bundan başqa cəmiyyətimizdə böyük bəla olan korrupsiya və digər mənfi təmayüllərə qarşı mübarizədə gənclərin roluna şərait yaradılmalıdır. Çirkaba batmış məmurların yerinə sağlam ruhlu gənclərin gətirilməsi qanunauyğunluğa çevrilməlidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31