Qəhrəmanlıq salnaməsi yaradan gənclərimiz dövlətn qüdrətinin göstəricisidir

Müstəqillik yolunda inamla addımlayaraq möhtəşəm nailiyyətlər qazanan və zirvələr fəth edən Azərbaycanın tərəqqisində müasir gəncliyin mühüm payı, rolu və yeri var. "Olaylar"ın məlumatına görə, bunu deyən millət vəkili Siyavuş Novruzovun sözlərinə görə,  Heydər Əliyev ideyaları əsasında və vətənpərvərlik ruhunda yetişmiş, azərbaycançılıq ideologiyasını mənimsəmiş, Prezident İlham Əliyevin ətrafında sıx birləşmiş Azərbaycan gəncliyi öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməklə mütərəqqi nümunə yaradır: "Gənclərimizin 44 günlük Vətən müharibəsində mübarizə əzmi ortaya qoyması və qəhrəmanlıq salnaməsi yaratması isə milli qürur mənbəyimiz və dövlətimizin qüdrətinin göstəricisidir. Əziz gənclər, Sizi 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə təbrik edir, daha güclü Azərbaycan naminə məqsədyönlü fəaliyyətinizdə uğurlar arzulayıram!"

 
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31