Beynəlxalq aləmdə Azərbaycanın mövqeyi daha da möhkəmlənir - ÖZƏL

"Macarıstan və onunla qonşu olan digər Avropa ölkələri ilə iqtisadi əlaqələrin genişlənməsi hazırkı beynəlxalq şəraitdə ölkəmizə qarşı məkrli planlar quran bəzi qüvvələrə ciddi zərbədir. Belə ki, bir müddət əvvəl Fransa Respublikasının Milli Assambleyası böhtan xarakterli ittihamlar irəli sürərək Azərbaycana qarşı sanksiya tətbiq edilməsinə çağırış etmişdi".

"OLAYLAR" zəbər verir ki, bu fikirlər Azad Vətən Partiyasının Təhlil və Araşdırma Mərkəzinin açıqlamasında əksini tapıb. Açıqlamada qeyd edilir ki,  bu, ölkəmizin ərazi bütövlüyünün bərpası yolunda atdığı addımlar və ölkə ərazisində təbii ehtiyatların qeyri-qanuni istismarı ilə bağlı həyata keçirilən tədbirlərlə bağlı idi:

"Lakin göründüyü kimi, bir Avropa ölkəsi olmaq etibarı ilə Macarıstan, habelə onun qonşuları Bolqarıstan, Rumıniya və digər ölkələr bu haqsız çağırışı rədd edərək əməkdaşlığı daha da dərinləşdirmək yolunu tutdular. Fakt odur ki, beynəlxalq aləmdə Azərbaycanın mövqeyi get-gedə daha da möhkəmlənir, demək, xarici siyasət və qarşılıqlı etimada və mənfəətə söykənən iqtisadi siyasət düzgün yoldadır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31